Erməni ekspert nədən qorxur?| “Belə intensiv təlimlərin keçirildiyi bir dövrü xatırlamıram”

2019/05/van-h-1556888862.jpg
Oxunub: 12075     17:13     03 May 2019    
“Təlimlər hava hücumundan müdafiə qüvvələri, xüsusi təyinatlı bölmələrin cəlb edilməsi ilə geniş miqyaslıdır. Bu artıq son il ərzində doqquzuncu təlimdir”

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu “Blits info” mətbuat klubunda Azərbaycanla Türkiyənin birgə təlimlərini şərh edən hərbi məsələlər üzrə erməni ekspert Van Hambartsumyan söyləyib.

O, belə intensiv təlimlərin keçirildiyi bir dövrü xatırlamadığını bildirib.

“Türkiyə-Azərbaycan birgə təlimləri təhlükə əks etdirir. Bu təlimlər gözlənilməz olmasa da, intensivliyi narahatlıq doğurur. Müharibəyə başlamaq üçün Azərbaycan qüvvələrinin cəmləşməsini həyata keçirməlidir. Əgər bunu məhz açıq şəkildə qüvvələr cəmləşməsi kimi həyata keçirsəydi, biz bunu müharibəyə hazırlıq kimi qəbul edərdik. Buna görə də aydındır ki, təlimlər adı altında sərhəddə cəmləşmə həyata keçirəcəklər” - deyə erməni hərbi ekspert vurğulayıb.

Hambartsumyan qeyd edir ki, hakimiyyət sərhəddə sakitlikdir, deməyi sevir: “Azərbaycan son vaxtlara qədər az atəş edirdisə, bu yalnız Tavuş və Naxçıvan istiqamətində bütün sərhəd boyu, o cümlədən Qarabağ cəbhəsində mühəndis işlərinin aparılması ilə əlaqədar idi. Aydın məsələdir ki, həmin dövrdə atəşkəs pozulardısa, onların mühəndis işləri və yol inşası məsələlərinə mane oluna bilərdi. İndi isə bu işlər artıq yekunlaşmaqdadır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə   Təlim  


Bizi "telegram"da izləyin